Saytımızı qiymətləndirin


 
 

Rusiya şirkətlərinin gəlirləri iki dəfəyədək azalıb
Tarix: 04-12-2023 | Saat: 14:22
Bölmə:Karusel / Region | çapa göndər

Rusiya şirkətlərinin gəlirləri 2023-cü ilin birinci yarısında kəskin şəkildə azalıb.

Qarabaginfo.az xəbər verir ki, Federal Vergi Xidmətinin məlumatına görə, yanvar-iyun aylarında gəlirlər 342,2 trilyon rubl olub.

Ötən il bu rəqəm 694 trilyon idi.

Ən böyük şirkətlərin 2023-cü ilin doqquz ayı üzrə hesabatları gəlirlərin azaldığını təsdiqləyir. Məsələn, “Qazprom”un gəlirləri 36, “Rosneft”in 8, “Lukoyl”un 12, “Uralkali”nin 26, “Akron”un 34 faiz azalıb.

Ekspertlər hesab edir ki, ilin sonuna qədər şirkətin gəlirləri ilə bağlı vəziyyətin əvvəlki illərin səviyyəsinə qayıtması real görünmür. Onların sözlərinə görə, geosiyasi vəziyyət və neftin qiymətinin səviyyəsi uzun illər ərzində daxili iqtisadiyyata ciddi təsir göstərməkdə davam edəcək.



Xəbəri paylaş

172 dəfə oxunub.

Digər xəbərlər