Tarix: 23-01-2023 | Saat: 17:31
Bölmə:Karusel | çapa göndər
Estoniya Fin körfəzini Rusiya üçün bağlamağı planlaşdırır.
Qarabaginfo.az "Unian"a istinadən xəbər verir ki, bu barədə Estoniyanın xarici işlər naziri Urmas Reynsal məlumat verib.
Onun sözlərinə görə, hökumət sahilyanı ərazilərdə "bitişik zona" rejimi tətbiq etmək niyyətindədir.
"Burada biz ərazi sularında gəmiləri yoxlaya bilərik. Bu, təxminən sahil xəttindən 24 dəniz mili məsafəsinə qədər mümkün olacaq. Fin körfəzini bağlamaqla Estoniya Leninqrad vilayətinin limanını tərk edəngəmilərdə yoxlamalar həyata keçirə və yoxlamadan imtina edildiyi təqdirdə körfəzdən keçidi qadağan edə biləcək", - deyə o bildirib.
Qeyd edək ki, bu gün Rusiya XİN Estoniya səfirindən ölkəni tezliklə tərk etməyi tələb edib və diplomatik münasibətlərin səviyyəsini aşağı saldığını açıqlayıb. Daha sonra bənzər addım rəsmi Tallin tərəfindən də atılıb.
Digər xəbərlər