Saytımızı qiymətləndirin


 
 

Kreml Estoniyanın Rus Pravoslav Kilsəsinin terror təşkilatı elan edilməsi təşəbbüsünə münasibət bildirib
Tarix: 12-04-2024 | Saat: 14:47
Bölmə:Karusel / Dünya | çapa göndər

Kreml Estoniyanın Rus Pravoslav Kilsəsinin terror təşkilatı elan edilməsi təşəbbüsünə münasibət bildirib

Kreml Estoniyanın Rus Pravoslav Kilsəsinin terror təşkilatı elan edilməsi təşəbbüsünə münasibət bildirib.

Qarabaginfo.az xəbər verir ki, Rusiya prezidentinin sözçüsü Dmitri Peskov bu təklifi ən ağılsız bəyanat adlandırıb:

"Biz bu cür bəyanatlar barədə heç nə düşünmək istəməzdik. Hər halda, bu cənabın bəyanatını çətin ki, ən ağıllı bəyanatlar kimi təsnif etmək olar".

Xatırladaq ki, Estoniyanın daxili işlər naziri Lauri Lanemets parlamentdə Rus Pravoslav Kilsəsinin terror təşkilatı elan edilməsi təşəbbüsü ilə çıxış edib. Estoniya DİN başçısı Rus Provaslav Kilsəsinin terrorizmi dəstəklədiyini iddia edib.

"Bu, kilsəyə gələn insanlara təsir etməyəcək, bu kilsələrin bağlanacağı demək deyil, lakin bu, Moskva ilə əlaqələrin kəsiləcəyi anlamına gəlir", deyə estoniyalı nazir vurğulayıb.

Öz növbəsində Moskva Patriarxlığının Estoniya Pravoslav Kilsəsinin nümayəndəsi Tartu yepiskopu Daniel bəyan edib ki, onlar birbaşa Rus Pravoslav Kilsəsinə tabe deyillər və kilsənin Ukrayna münaqişəsi ilə bağlı bəyanatlarına görə məsuliyyət daşımırlar.



Xəbəri paylaş

183 dəfə oxunub.

Digər xəbərlər