Saytımızı qiymətləndirin


 
 

İribuynuzlu heyvan Astara sakinini vuraraq öldürdü
Tarix: 19-07-2023 | Saat: 14:32
Bölmə:Karusel | çapa göndər

İribuynuzlu heyvan Astara sakinini vuraraq öldürdü

 

Astarada iribuynuzlu heyvan kənd sakininə xəsarət yetirib.

 

Qarabaginfo.az xəbər verir ki, hadisə Maşxan kəndi ərazisində qeydə alınıb.

 

Kənd sakini 1972-ci il təvəllüdlü Elşən Müqabil oğlu İbadova gecə saatlarında bağlarında olan iri buynuzlu heyvan hücum edib. Sonra heyvan ayaqları ilə Elşən İbadovu tapdalayıb. Səsə çıxan ev sahibləri heyvanı ərazidən uzaqlaşdırıblar.

 

Xəsarət alan Elşən İbadov TƏBİB-in tabeliyində fəaliyyət göstərən Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə daxil olub. Xəstəyə zəruri ilkin tibbi xidmətlər göstərilib, təcili əməliyyat blokuna verilib. Bütün reanimasiya və cərrahi müdaxilələrə baxmayaraq, xəstənin həyatını xilas etmək mümkün olmayıb. O, bu gün günorta saatlarında dünyasını dəyişib.

 

Faktla bağlı Astara rayon prokurorluğunda araşdırma aparılır.



Xəbəri paylaş

83 dəfə oxunub.

Digər xəbərlər
17-03-2023, 16:01 Bakı metrosunda ÖLÜM