Göyərtəsində ballistik raketləri olan ABŞ Hərbi Dəniz Qüvvələrinin strateji nüvə sualtı qayığı son 40 ildə ilk dəfə Cənubi Koreyaya – Busan limanına gəlib.
Qarabaginfo.az xəbər verir ki, bu barədə “Reuters” ABŞ prezident administrasiyasının Hind-Sakit okean regionu üzrə koordinatoru Kurt Kempbelə istinadən yazıb.
“Hazırda Busanda ABŞ-ın nüvə sualtı qayığı var”, – Kempbel bildirib.
Onun sözlərinə görə, səfərin məqsədi Vaşinqtonun Seulla KXDR-ə dair razılaşmalara sadiqliyini nümayiş etdirməkdir.