Saytımızı qiymətləndirin


 
 

Azərbaycana fərdi zirehli geyimlərin, minaaxtaran itlərin idxalı vergidən və gömrük rüsumundan azad olunub
Tarix: 17-07-2023 | Saat: 14:49
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

 

Zirehli gödəkçələrin inkişaf tarixi: “Kiras”lardan “İOTV”lərə doğru - Hərbi Ekspert

Azərbaycana fərdi qoruyucu zirehli geyimlərin, alətlərin, minaaxtaran itlərin, partlayıcı və pirotexniki vasitələrin idxalı 2028-ci ilədək vergidən azad edilir.
Qarabaginfo.az  xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi “Gömrük tarifi haqqında” qanuna dəyişiklikdə əksini tapıb.
Qanuna əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin, habelə müharibə və hərbi əməliyyatların təsirinə məruz qalmış digər ərazilərin minalardan və partlamamış hərbi sursatdan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlardan təmizlənməsi çərçivəsində bütün növ texnikanın, avadanlıqların, texniki vasitələrin və qurğuların, onların ehtiyat hissələrinin, fərdi zirehli qoruyucu geyimlərin, alətlərin, partlayıcı və pirotexniki vasitələrin, onların yaradılması və (və ya) istehsalı üçün texnologiyaların, avadanlıqların, dəstləşdirici hissələrin və xammalın, habelə minaaxtaran itlərin idxalı 2023-cü il martın 1-dən 5 il müddətinə gömrük rüsumlarından azad ediləcək.



Xəbəri paylaş

193 dəfə oxunub.

Digər xəbərlər
4-10-2023, 18:00 Fuad Muradov həbs edildi