Rusiya səfirliyi Azərbaycana təşəkkür edib
Tarix: 01-03-2026 | Saat: 18:30
Bölmə:Karusel / Dünya | çapa göndər
78 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 01-03-2026 | Saat: 18:30
Bölmə:Karusel / Dünya | çapa göndər
Rusiyanın Bakıdakı səfirliyi Azərbaycana təşəkkür edib.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi öz teleqram kanalında paylaşım edib.
İrandan sərhəd keçid icazələrinə operativ qaydada baxılması da daxil olmaqla, göstərdiyi köməyə görə Azərbaycan tərəfinə minnətdarlıq bildirilib.
"Rusiyanın Azərbaycandakı səfirliyi Astara sərhəd keçid məntəqəsindən İranı tərk edən Rusiya vətəndaşlarına yardım göstərir. Sərhəd keçid icazələrinin tez bir zamanda işlənməsi də daxil olmaqla, göstərdiyi köməyə görə Azərbaycan tərəfinə minnətdarlığımızı bildirmək istərdik", - deyə qeyd olunub.
O da bildirilib ki, hazırda 500-ə yaxın Rusiya vətəndaşı İrandan Azərbaycana keçmək hüququna malik şəxslər siyahısındadır.
Xəbəri paylaş
Digər xəbərlər
10-07-2026, 08:44
Merz: İsrailin İordan çayının qərb sahilinin ilhaqına yönələn addımları yolverilməzdir
22-08-2024, 10:58
DİM: 1415 taksi sürücüsü imtahan üçün qeydiyyatdan keçib
7-06-2021, 11:21
Azərbaycan XİN Pakistana başsağlığı verdi
28-12-2020, 16:53
Bakıda sərnişin avtobuslarının mühafizəsi gücləndirilir
11-12-2025, 14:21
Slovakiya XİN: Azərbaycanla hərbi-texniki sahədə əməkdaşlığımız əhəmiyyətli dərəcədə güclənib
25-03-2024, 11:21
Gürcüstanın baş naziri bu gün Ermənistana rəsmi səfər edəcək


















