Saytımızı qiymətləndirin


 
 

AMEA-nın elmi müəssisələrində strukturAMEA-nın elmi müəssisələrində struktur dəyişikliyi aparıldıdəyişikliyi aparıldı
Tarix: 13-07-2023 | Saat: 17:06
Bölmə:Karusel / Təhsil | çapa göndər

AMEA-nın elmi müəssisələrində struktur dəyişikliyi aparıldı

 

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin iclasında AMEA-nın elmi müəssisə və təşkilatlarının yeniləşdirilmiş strukturunun və əməkdaşlarının say həddinin təsdiq edilməsi haqqında qərar qəbul edilib.

 

AMEA-dan Qarabaginfo.az-a verilən xəbərə görə, sonra mövcud daxili imkanlar hesabına, əlavə maliyyə vəsaiti tələb olunmadan, müasir çağırışlara uyğun olaraq AMEA-nın bir sıra elmi müəssisələrində struktur dəyişiklikləri aparıldığı barədə məlumat verilib. AMEA-nın Şəki Regional Elmi Mərkəzinin strukturunda mövcud şöbələrin bazasında Tarix, Arxeologiya və Epiqrafika, habelə Ədəbi-mədəni mühit, folklor və etnoqrafiya şöbələrinin yaradılması məqsədəuyğun hesab edilib.

 

Eyni zamanda, AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunda Ümumi tarix şöbəsinin bazasında Dünya tarixi şöbəsinin yaradılması, AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Çöl tədqiqatları sektorunun bazasında Çöl tədqiqatlarının monitorinqi və qiymətləndirilməsi şöbəsinin yaradılması qərara alınıb. AMEA-nın Folklor, Əlyazmalar, Tarix, Arxeologiya, Etnoqrafiya və Antropologiya, Fəlsəfə və Sosiologiya, Dilçilik, eləcə də Memarlıq və İncəsənət institutlarında daxili imkanlar hesabına Elektron xidmətlər şöbəsinin yaradılması haqqında qərarlar qəbul olunub.

 

O cümlədən Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Elmi biblioqrafik informasiya təminatı və oxuculara xidmət şöbəsinin ləğv edilməsi və bu qurumun bazasında Elmi xidmət şöbəsinin yaradılması, eləcə də Əlyazmalar İnstitutunda və Arxeologiya, Etnoqrafiya və Antropologiya institutlarında daxili imkanlar hesabına Kitabxananın yaradılması haqqında qərar verilib.



Xəbəri paylaş

1159 dəfə oxunub.

Digər xəbərlər