Tarix: 13-07-2023 | Saat: 16:03
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər
Bu il Məhərrəmlik ayının Aşura günündə qanvermə aksiyalarının keçiriləcəyi ünvanlar açıqlanıb.
Bu barədə Qarabaginfo.az Qafqaz Müsəlmanları İdarəsindən xəbər verilib.
Bakı şəhəri üzrə:
Xəzər rayonu Mirmövsüm Ağa Ziyarətgahı
Nəsimi rayonu Göy məscidin (Əjdərbəy) mərasim zalı
Nizami rayonu Şah Abbas məscidi
Səbail rayonu Bibiheybət məscid ziyarətgahı
Suraxanı rayonu Qaraçuxur məscidi
Yasamal rayonu Təzə Pir məscidi
Yasamal rayonu Hacı Soltanəli məscidi
Binəqədi rayonu İmam Əli məscidi
Mərkəzi Qan Bankının Gəncə, Lənkəran, Sumqayıt, Mingəçevir, Şəki, Şirvan, Bərdə və Quba bölmələri.
Ümumilikdə, qanvermə aksiyaları 8 məscid və ziyarətgahda, habelə 8 səhiyyə müəssisəsində həyata keçiriləcək.
Qeyd edək ki, Məhərrəm ayı iyulun 19-da başlayacaq. Aşura günü isə iyulun 28-nə təsadüf edəcək.
Digər xəbərlər