“Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Vladimir Zelenski Afrika liderlərinin sülh təşəbbüsü üzrə missiyasını qəbul etməyə razılaşıblar”.
Qarabaginfo.az xəbər verir ki, bunu CAR prezidenti Siril Ramafosa bildirib.
Ramafosanln dediyinə görə, o, Afrika ölkələri adından hər iki liderlə bu məsələni müzakirə edib.
“Mən təşəbbüsü Zambiya, Seneqal, Konqo, Uqanda, Misir və Cənubi Afrika adından təqdim etdim. Hər iki lider – Putin və Zelenski Afrika dövlət başçılarının Moskva və Kiyevdəki missiyasını qəbul etməyə hazır olduqlarını bəyan etdi”, – Ramafosa deyib.