Ana Sayfa > Karusel / Cəmiyyət > Aşura günü qanvermə aksiyalarının keçiriləcəyi ünvanlar açıqlanıb - SİYAHI

Aşura günü qanvermə aksiyalarının keçiriləcəyi ünvanlar açıqlanıb - SİYAHI


13-07-2023, 16:03. Yazar: Admin

Aşura günü qanvermə aksiyalarının keçiriləcəyi ünvanlar açıqlanıb - SİYAHI

Bu il Məhərrəmlik ayının Aşura günündə qanvermə aksiyalarının keçiriləcəyi ünvanlar açıqlanıb.

Bu barədə Qarabaginfo.az Qafqaz Müsəlmanları İdarəsindən xəbər verilib.

Bakı şəhəri üzrə:

Xəzər rayonu Mirmövsüm Ağa Ziyarətgahı

Nəsimi rayonu Göy məscidin (Əjdərbəy) mərasim zalı

Nizami rayonu Şah Abbas məscidi

Səbail rayonu Bibiheybət məscid ziyarətgahı

Suraxanı rayonu Qaraçuxur məscidi

Yasamal rayonu Təzə Pir məscidi

Yasamal rayonu Hacı Soltanəli məscidi

Binəqədi rayonu İmam Əli məscidi

Mərkəzi Qan Bankının Gəncə, Lənkəran, Sumqayıt, Mingəçevir, Şəki, Şirvan, Bərdə və Quba bölmələri.

Ümumilikdə, qanvermə aksiyaları 8 məscid və ziyarətgahda, habelə 8 səhiyyə müəssisəsində həyata keçiriləcək.

Qeyd edək ki, Məhərrəm ayı iyulun 19-da başlayacaq. Aşura günü isə iyulun 28-nə təsadüf edəcək.


Geri dön