Saytımızı qiymətləndirin


 
 

Rusiya XİN: Keçmiş müstəmləkələrinin daxli işlərinə qarışmaq Fransanın müasir siyasətinin tərkib hissəsidir
Tarix: 06-07-2023 | Saat: 15:51
Bölmə:Karusel / Siyasət | çapa göndər

Rusiya XİN: Keçmiş müstəmləkələrinin daxli işlərinə qarışmaq Fransanın müasir siyasətinin tərkib hissəsidir

“Əgər Qərb ictimaiyyəti tarixi təftişlə məşğul olursa, artıq baş vermiş tarixi hadisələri təhlil edirsə, o zaman ilk növbədə onlar öz müstəmləkəçi siyasətləri çərçivəsində törətmiş olduqları cinayətkar əməlləri ilə məşğul olmaldırlar”.

Qarabaginfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə Azərbaycan Prezidenti İlham Əliyevin “Fransa müstəmləkəçi cinayətlərinə və siyasətinə görə üzr istəməlidir” bəyanatına münasibət bildirərkən deyib.

 

Zaxarova bir sıra ölkələrin və siyasətçilərin özünüpiar məqsədi ilə çox ağır mövzu olan müstəmləkəçilik və həmin dövrdə törətdikləri cinayətlər mövzusunun üzərindən ötəri keçdiklərini gördüklərini deyib: “Onlar guya üzr istəyirlər. Bir “haştaq” yazırlar, bundan başqa guya heç nə lazım deyil. Belə alınan deyil. Qərb özü tarixə müharibə elan edib, bu tarixin təftişinə başlayıb. Əgər belədirsə, ondan tarixi daha əvvəldən səhifələmək lazım olacaq. Onlar öz müstəmləkəçi keçmişlərinə nəzər salıb, həmin dövrün təftişindən başlamalıdırlar. Mümkündür ki, daha əvvələ gedib, xaç yürüşlərindən başlasınlar. O ki qaldı Fransaya, biz dəfələrlə demişik ki, təəssüf ki, keçmiş müstəmləkələrinin daxili işlərinə qarışmaq onların müasir siyasətinin tərkib hissəsidir. Fransa keçmiş müstəmləkələrinə öz protektoratları kimi münasibət bəsləyir. Paris keçmiş müstəmləkələrində bütün gücü ilə öz iqtisadi, maliyyə, hərbi-siyasi, humanitar mövcudluğunu qoruyub saxlamağa çalışır”.

 

Rusiya XİN sözçüsü onu da əlavə edib ki, Fransanın bu siyasətinə qarşı çıxan keçmiş müstəmləkə ölkələri dərhal bu cür fəallığa görə Parisin təzyiqinə məruz qalır.



Xəbəri paylaş

1133 dəfə oxunub.

Digər xəbərlər