Tarix: 25-06-2023 | Saat: 18:32
Bölmə:Karusel / Region | çapa göndər
"Vaqner" muzdlularının rəhbəri Yevgeni Priqojinin harada olduğu bilinmir.
Qarabagiinfo.az xəbər verir ki, bu barədə RTVI jurnalistinin sorğusuna cavab olaraq Priqojinin mətbuat xidmətindən bildirilib.
Mətbuat xidməti qeyd edib ki, Priqojin hələlik əlaqə saxlamayıb, onun yeri məlum deyil. “O, hamıya salamlarını çatdırır və normal ünsiyyətdə olanda suallara cavab verəcək”, - məlumatda deyilir.
Priqojin sonuncu dəfə iyunun 24-də Rostov-na-Donu tərk edərkən görünüb.
Xatırladaq ki, "Vaqner" muzdluları Rusiyada hərbi qiyam qaldırıb. Prezident Vladimir Putin xalqa müraciəti zamanı "Vaqner" rəhbərinin hərəkətlərini xəyanət adlandırıb. O, qiyamın yatırılması üçün müvafiq tapşırıqların verildiyini bildirib. "Vaqner" döyüşçüləri gün ərzində Rostov və Voronej şəhərlərini, eləcə də Lipetsk vilayətini ələ keçirib. Daha sonra Priqojin qan tökülməsinin qarşısını almaq üçün "Vaqner"in geri çəkiləcəyini bildirib.
Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya hakimiyyəti ilə Priqojin arasında danışıqlara vasitəçilik edib. Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Priqojin Belarusa köçəcək.
Digər xəbərlər