Tarix: 30-03-2022 | Saat: 19:33
Bölmə:Karusel / Gündəm | çapa göndər
Rusiya mülki gəmiləri ələ keçirmək və məhv etmək, Ukrayna ərazisini dənizdən bombalamaqla yanaşı, Qara dənizə üzən minalar yerləşdirir.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilir.
Son günlər Rumıniya və Türkiyə sahillərində belə minalar aşkar edilib.
Rusiya bundan əvvəl dənizdəki minaların Ukraynaya məxsus olduğunu iddia edib. Lakin Kiyev bu minaların 2014-cü ildə Rusiya tərəfindən ilhaq edilən Krımdakı Ukraynaya məxsus anbarlardan ələ keçirildiyini deyir.
"Bu minalar 2014-cü ildə Ukraynanın Sevastopol şəhərindəki anbarlardan Rusiya Federasiyasının silahlı qüvvələri tərəfindən ələ keçirilib. Rusiya 2014-cü ildə ələ keçirdiyi hərbi dəniz minalarından istifadə edərək qəsdən təxribatlara əl atır və Ukraynanı beynəlxalq tərəfdaşlar qarşısında nüfuzdan salmağa cəhd edir", - deyə Ukrayna Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunur.
Digər xəbərlər