Tarix: 03-03-2023 | Saat: 15:00
Bölmə:Karusel / Qarabağ | çapa göndər
Martın 1-də Rusiya sülhməramlı kontingentinin komandanı Andrey Volkovun iştirakı ilə Xocalıda Azərbaycan rəsmiləri və Qarabağın erməni icmasının nümayəndələri arasında keçirilən görüşün təfərrüatları barədə məlumatlar yayılıb.
Qarabaqinfo.az xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb.
Bildirilib ki, yataqlarda Azərbaycanın ixtisaslaşmış qrupu tərəfindən vizual monitorinqin aparılması, həmçinin sabit əks-əlaqə mexanizminin formalaşdırılması barədə müzakirələr aparılıb.
Qeyd edək ki, Milli Məclisin deputatı Ramin Məmmədov Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərlə təmaslar üzrə məsul şəxs qismində müəyyən edilib və martın 1-də o, Xocalı şəhərində, Azərbaycan Respublikası ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin qərargahında Qarabağ bölgəsində yaşayan erməni sakinlərin təmsilçiləri ilə görüşüb. modern.az
Digər xəbərlər