Saytımızı qiymətləndirin


 
 

"Qurbağa" "gürzə"yə qarşı: Görünür, Rusiya ordusu "Vaqner" bazalarını raketlə vurub...
Tarix: 24-06-2023 | Saat: 19:05
Bölmə:Karusel / Region | çapa göndər

 

"Biz bu cinayətə necə cavab vermək barədə qərar qəbul edəcəyik, növbəti addım bizimdir..."

Hər şeydən göründüyü kimi, işğal olunmuş Ukrayna ərazisində "Vaqner qrupu" özəl hərbi şirkətin düşərgələrinə raket zərbəsi nəticəsində çoxsaylı qurbanlar var və xeyli maddi ziyan dəyib.  

Sağ qalan muzdluların sözlərinə görə, onlara arxa cəbhədən hücum edilib, yəni zərbə Rusiya MN hərbçiləri tərəfindən endirilib. 

 

Qarabaginfo.az xəbər verir ki, bu barədə üzdəniraq "DXR" qurumunun sabiq müdafiə naziri İqor Strelkov (Girkin) "Tvitter" səhifəsində məlumat verib. Məlumat hadisə yerindən kadrlarla müşaiət edilib. 

 

 

Rusiyanın nizami hərbi birləşmələri tərəfindən vaqnerçilərə hücum edilməsi muzdluların özəl ordusunun sahibi, rusiyalı milyardçı Priqojin də təsdiq edib. 

 

 

Özəl şirkətin mətbuat xidmətinin dərc etdiyi növbəti emosional audiobəyanatında qanlı oliqarx onun və döyüşçülərinin "xaincəsinə aldandırıldıqlarından" və "öz evlərini müdafiə etmək imkanından mərhum etməyə cəhd göstərildiklərindən" şikayətlənib.

 

 

"Biz Müdafiə Nazirliyinə güzəştə getməyə, silahları təhvil verməyə və bundan sonra ölkəmizi necə müdafiə etmək üçün qərarlar verməyə hazır idik", - Priqjin bəyan edib. 

 

 

"Lakin bu yaramazlar sakitləşmədilər. Bu gün bizim sınmadığımızı gördükdən sonra onlar arxa cəbhə düşərgələrimizə raket zərbələri endirib, çoxlu sayda döyüşçülərimiz həlak olub", - Priqojin deyib. Bundan sonra Priqojin özünün çoxdankı rəqibləri Şoyqu və Gerasimovun ünvanına birbaşa təhdidlər yağdırıb.

 

 

"Biz bu cinayətə necə cavab vermək barədə qərar qəbul edəcəyik, - "vaqnerçilər"in rəhbəri təhdid edib. - Növbəti addım bızımdir".

 

 

Rusiya MN mətbuat xidməti artıq buna reaksiya verərək "sosial şəbəkələrdə "Vaqner qrupu" özəl hərbi şirkətin rəhbəri Priqojinin adından yayılan məlumatları "təxribat" adlandırıb. 

 

 

"Sosial şəbəkələrdə Priqojinin adından Rusiya MN tərəfindən "vaqnerçilər"in arxa cəbhə düşərgələrinə, guya, zərbələr endirilməsi barəsində məlumatlar və videokadrlar həqiqətə uyğun deyil və informasiya təxribatıdır", - Rusiya hərbi idarəsinin məlumatında deyilir.

 

 

Rusiya MN həmçinin əlavə edib ki, Rusiya SQ "xüsusi əməliyyatın keçirilməsi zonasında Ukrayna Silahlı Qüvvələri ilə təmas xəttində döyüş tapşırıqlarının icrasını davam etdirir".

 

 

Xəbər verildiyi kimi, elə bu gün Priqojinin mətbuat xidməti "Telefram-kanal"da onun monoloqundan bir hissə dərc edib, orada muzdluların sahibi növbəti dəfə Rusiya hərbi rəhbərliyini kəskin tənqid edib və Ukraynada müharibənin səbəbləri və gedişi barədə Rusiyanın rəsmi mövqeyilə üst-üstə düşməyən bir sıra bəyanatlar səsləndirib.



Xəbəri paylaş

175 dəfə oxunub.

Digər xəbərlər