Saytımızı qiymətləndirin


 
 

DSX rəisinin müavini yaralı hərbçimizə baş çəkdi
Tarix: 16-06-2023 | Saat: 15:39
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

DSX rəisinin müavini yaralı hərbçimizə baş çəkdi

İyunun 16-da Dövlət Sərhəd Xidməti rəisinin tapşırığına uyğun olaraq DSX rəisinin müavini, general-leytenant Cavid Abdullayev Laçın dövlət sərhədindən buraxılış məntəqəsində Ermənistanın təxribatı nəticəsində yaralanan və hazırda müalicəsi Kliniki Tibbi Mərkəzdə davam etdirilən hərbi qulluqçu Rüstəmov Elşən Raddin oğlunu ziyarət edib.

 Bu barədə Qarabaqinfo.az-a Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

 Məlumata görə, həkimlər hazırda hərbi qulluqçunun vəziyyətinin stabil olduğunu, həyati təhlükəsinin olmadığını bildiriblər.

 Hərbi qulluqçu Dövlət Sərhəd Xidmətinin rəhbərliyinə və Kliniki Tibbi Mərkəzin tibb heyətinə göstərilən yüksək diqqət və qayğıya görə minnətdarlığını bildirib. Müalicə-bərpa müddəti başa çatdıqdan sonra xidmətə qayıdacağını və sərhədlərimizin mühafizəsini şərəflə yerinə yetirəcəyini ifadə edib.



Xəbəri paylaş

1234 dəfə oxunub.

Digər xəbərlər