Tarix: 01-04-2023 | Saat: 20:33
Bölmə:Karusel / Region | çapa göndər
İranla sərhəddə Pakistanın 4 əsgəri öldürülüb.
Qarabaginfo.az "Aljazeera"ya istinadən xəbər verir ki, bu barədə Pakistan ordusunun media orqanı ISPR məlumat yayıb.
Bildirilib ki, hadisə Bəlucistan əyalətinin cənub-qərbindəki Keç rayonunda baş verib
"İran tərəfdən fəaliyyət göstərən bir qrup terrorçu Pakistan-İran sərhədi boyunca fəaliyyət göstərən Pakistan təhlükəsizlik qüvvələrinin sərhəd patruluna hücum edib.
Terrorçulara qarşı effektiv tədbir görülməsi və gələcəkdə belə hadisələrin qarşısının alınması üçün İran tərəfi ilə lazımi əlaqə qurulur", -məlumatda qeyd olunub.
Hadisə ilə bağlı heç kim məsuliyyəti üzərinə götürməyib.
Qeyd edək ki, Pakistan-İran sərhədi 900 km uzunluğundadır. Daha əvvəl də İran - Pakistan sərhədində təhlükəsizlik insidentləri baş verib.
Digər xəbərlər