Saytımızı qiymətləndirin


 
 

Xanlıq kənd sakini uzun illərdən sonra doğma elində — VİDEO
Tarix: 18-05-2021 | Saat: 20:42
Bölmə:Karusel / Qarabağ | çapa göndər

 

Mehman Quliyev digər məcburi köçkünlər kimi göz yaşları ilə istəmədən vaxtı ilə Qubadlının Xanlıq kəndini tərk edənlərdən olub.
O bildirir ki, anası, atası və bacıları “Xanlıq” deyərək bu dünyadan köçüblər. 
Qubadlının Xanlıq kəndində olan M.Quliyev həsrətlə axtarsa da, ucalan o ikimərtəbəli yurdundan əsər əlamət tapa bilməyib. Mənfur düşmən xatirələrlə bərabər evə gedən o izləri də yerlə-yeksan edib. Evinin yerindəsə vaxtilə livandan Qubadlıya, Xanlıq kəndinə köçürülən ermənilər üçün mənzillər tikilib. 
Bu gün Mehman Quliyevin timsalında hər bir qarabağlı, azərbaycanlı sevinir. Dağıdılsa da, izlər itirilsə də, bu torpaq, bu dağlar yenidən bizə baxır, bizim üçün canlanır. Axı Vətən deyib, uğrunda canlar vermişik!  
Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

 



Xəbəri paylaş

1307 dəfə oxunub.

Digər xəbərlər