Saytımızı qiymətləndirin


 
 

Qarabağ müharibəsini işıqlandıran jurnalist Ukraynada YARALANDI
Tarix: 24-07-2023 | Saat: 21:26
Bölmə:Karusel / Region | çapa göndər

Qarabağ müharibəsini işıqlandıran jurnalist Ukraynada YARALANDI

 

Ukraynada AFP informasiya agentliyinin videojurnalist 35 yaşlı Dilan Kollins yaralanıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə hücumun şahidi olan AFP müxbirləri məlumat verib.

 

O, Donetsk vilayətindəki Baxmut yaxınlığında yerləşən meşədə Ukrayna artilleriyasının mövqeyindən reportaj hazırlayarkən PUA hücumu nəticəsində xəsarət alıb.

 

Qeyd olunur ki, cənab Kollins çoxsaylı qəlpə yaraları alıb, o, ən yaxın xəstəxanaya çatdırılıb, huşunu itirib.

 

Kollinsi müayinə edən həkimlər onun həyatının təhlükədə olmadığını bildiriblər. 

 

Livanda yaşayan ABŞ vətəndaşı olan jurnalist 2018-ci ildən AFP-də işləyir və hazırda agentliyin Livan və Suriya üzrə video koordinatorudur. O, Yaxın Şərqdə münaqişə zonalarında geniş işləyib və 2020-ci ildə Qarabağ müharibəsini işıqlandırıb.(Modern.az)



Xəbəri paylaş

1104 dəfə oxunub.

Digər xəbərlər
10-05-2022, 21:55 Leonid Kravçuk vəfat edib