Saytımızı qiymətləndirin


 
 

Ukrayna daha bir neçə yaşayış məntəqəsinə nəzarəti bərpa edib
Tarix: 25-04-2022 | Saat: 04:15
Bölmə:Karusel / Region | çapa göndər

Ukrayna ordusu Rusiya ilə sərhəddə təlimlər keçirəcək

  Ukrayna hərbçiləri Nikolayev vilayətinin daha bir neçə yaşayış məntəqəsinə nəzarəti bərpa edib.

Qarabaginfo.az UNIAN-a istinadən xəbər verir ki, bu barədə “Pivden” əməliyyat komandanlığının sözçüsü Vladislav Nazarov məlumat yayıb.

Onun sözlərinə görə, Rusiya qüvvələri Nikolayev və Xerson vilayətlərində ələ keçirdikləri əraziləri qorumağa, həmçinin diversiya-kəşfiyyat əməliyyatları aparmağa çalışır:

“Ukrayna bölmələri tərəfindən düşmənin iki diversiya-kəşfiyyat qrupunun irəliləmə cəhdinin qarşısı alınıb. Heyətin 50 %-ni itirən diversiya-kəşfiyyat qrupu geri çəkilib. Eyni zamanda Xerson vilayətinin inzibati sərhədlərinin yaxınlığında yerləşən Nikolayev vilayətinin 5 yaşayış məntəqəsinə nəzarət bərpa olunub”.

V.Nazarov əlavə edib ki, işğalçılar 73 canlı qüvvə və “Pantsir S1”, avtomobil və zirehli nəqliyyat vasitəsi daxil olmaqla 7 texnika itirib.

Xatırladaq ki, ötən gün “Pivden” əməliyyat komandanlığının sözçüsü Xerson vilayətinin 8 yaşayış məntəqəsinə nəzarətin bərpa edildiyini açıqlamışdı.()Report



Xəbəri paylaş

1263 dəfə oxunub.

Digər xəbərlər