Saytımızı qiymətləndirin


 
 

"Müharibədən yayınmağın yolu – Azərbaycana təslim olmaq" - Erməni nəşri
Tarix: 01-04-2022 | Saat: 11:47
Bölmə:Karusel / Siyasət | çapa göndər

 


"Hökumətin iclasında Nikol Paşinyan Azərbaycanın hücumu ehtimalından danışarkən, hökumətinin buna qarşı hər hansı addım atıb-atmaması barədə bir kəlmə də danışmayıb".

Qarabaginfo.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazıb.

ERməni nəşri mövzunu belə inkişaf etdirib:

"O, azərbaycanlıların lovğalanmasına imkan verən ruslardan şikayətlənib, Qərbin öhdəliklərini yerinə yetirmədiyini, biganə olduğunu açıqlayıb, azərbaycanlıların məqsəd və addımlarını təqdim edib, lakin Ermənistan hakimiyyətinin bunun qarşısını almaq üçün nə etdiyi barədə bir kəlmə də danışmayıb.

O, Ermənistan vətəndaşlarına başa salıb ki, müharibədən yayınmağın yalnız bir yolu var – Azərbaycana təslim olmaq, onun bütün ilkin şərtlərini yerinə yetirmək və alçaldıcı sülh müqaviləsi imzalamaq”.



Xəbəri paylaş

246 dəfə oxunub.

Digər xəbərlər