Ana Sayfa > Karusel / Region > Ukrayna daha bir neçə yaşayış məntəqəsinə nəzarəti bərpa edib
Ukrayna daha bir neçə yaşayış məntəqəsinə nəzarəti bərpa edib25-04-2022, 04:15. Yazar: Admin |
Ukrayna hərbçiləri Nikolayev vilayətinin daha bir neçə yaşayış məntəqəsinə nəzarəti bərpa edib.
Qarabaginfo.az UNIAN-a istinadən xəbər verir ki, bu barədə “Pivden” əməliyyat komandanlığının sözçüsü Vladislav Nazarov məlumat yayıb. Onun sözlərinə görə, Rusiya qüvvələri Nikolayev və Xerson vilayətlərində ələ keçirdikləri əraziləri qorumağa, həmçinin diversiya-kəşfiyyat əməliyyatları aparmağa çalışır: “Ukrayna bölmələri tərəfindən düşmənin iki diversiya-kəşfiyyat qrupunun irəliləmə cəhdinin qarşısı alınıb. Heyətin 50 %-ni itirən diversiya-kəşfiyyat qrupu geri çəkilib. Eyni zamanda Xerson vilayətinin inzibati sərhədlərinin yaxınlığında yerləşən Nikolayev vilayətinin 5 yaşayış məntəqəsinə nəzarət bərpa olunub”. V.Nazarov əlavə edib ki, işğalçılar 73 canlı qüvvə və “Pantsir S1”, avtomobil və zirehli nəqliyyat vasitəsi daxil olmaqla 7 texnika itirib. Xatırladaq ki, ötən gün “Pivden” əməliyyat komandanlığının sözçüsü Xerson vilayətinin 8 yaşayış məntəqəsinə nəzarətin bərpa edildiyini açıqlamışdı.()Report Geri dön |