Saytımızı qiymətləndirin


 
 

Kobaxidze: Seçkilərdə müxalifət qalib gəlsə, ölkədə Rusiya ilə münaqişə cəbhəsi açılacaq
Tarix: 25-07-2024 | Saat: 08:34
Bölmə:Karusel / Region | çapa göndər

 

Kobaxidze: Seçkilərdə müxalifət qalib gəlsə, ölkədə Rusiya ilə münaqişə cəbhəsi açılacaq

Gürcüstanda oktyabrda keçiriləcək parlament seçkilərində müxalifət qalib gəlsə, ölkə bir neçə gün ərzində Rusiya ilə hərbi qarşıdurmanın ikinci cəbhəsinə çevriləcək.

Qarabaginfo.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze “Rustavi-2” telekanalına müsahibəsində deyib.

“Kollektiv Milli Hərəkatın hakimiyyətə gəlməsini nəzəri olaraq təsəvvür etsək, sizə zəmanət verirəm ki, seçkilərdən sonra, məsələn, noyabrda iki, üç və ya dörd aya deyil, bir neçə günə Gürcüstan ikinci cəbhəyə çevriləcək. Məndə olan məlumata əsasən buna zəmanət verirəm,” – Kobaxidze vurğulayıb.

Baş nazirin sözlərinə görə, Ukraynada hərbi əməliyyatlar başlayandan sonra ölkə daxilindəki müxalifət, eləcə də Ukrayna rəhbərliyi Gürcüstanı münaqişə zonasına hərbi personal göndərməyə çağırıb.



Xəbəri paylaş

63 dəfə oxunub.

Digər xəbərlər