Tarix: 11-12-2021 | Saat: 18:15
Bölmə:Karusel / Gündəm | çapa göndər
Bakı Ağır Cinayətlər Məhkəməsinin daha bir tanınmış hakimi təqaüdə göndərilib.
Qarabaginfo.az Musavat.com-a istinadən xəbər verir ki, hakim Eldar Mikayılov hakimlik fəaliyyətini başa vurub.
Eldar Mikayılov son zamanlar ictimaiyyətin diqqətində olan bir neçə cinayət işi üzrə məhkəmə araşdırmalarına sədrlik edirdi.
Qeyd edək ki, Vəkillər Kollegiyası Rəyasət Heyətinin keçmiş üzvü, uzun müddət 1 saylı hüquq məsləhətxanasına rəhbərlik etmiş Sümbülə Əliyevanın, “jam.az” saytının rəhbəri, jurnalist Fikər Fərəməzoğlunun, “criminal.az” saytının redaktoru Anar Məmmədovun, eks-prezident Ayaz Mütəllibovun Moskvada mətbuat katibi olmuş Teylor Fətişoğlunun, “Yeganə” Şadlıq Sarayının rəhbəri Akif Rəhimovdan dələduzluq yolu ilə, ümumilikdə, 52500 manat pul alan və qarşılığında onun oğlu Rəhim Rəhimovun törətdiyi ölümlə nəticələnən qəza ilə saxta rəy çıxaracağını vəd edən Elnur Babayevin, dələduzluqda təqsirləndirilən vəkil Mənsum Bayramovun və daha bir neçə tanınmış şəxsin cinayət işi üzrə məhkəmə araşdırmasına Eldar Mikayılov sədrlik edib. (konkret.az)
Digər xəbərlər