Saytımızı qiymətləndirin


 
 

Ukraynada itkin düşmüş uşaqların axtarışı üzrə platforma istifadəyə verilib
Tarix: 01-08-2022 | Saat: 14:25
Bölmə:Karusel / Region | çapa göndər

Ukraynada müharibədə ölən uşaqların sayı 340-ı ötüb

Ukraynada “Müharibənin uşaqları” (“Deti voynı”) adlı informasiya platforması istifadəyə verilib.

Qarabaginfo.az ” UNIAN-a istinadən xəbər verir ki, bu barədə brifinq zamanı Ukrayna Prezidentinin uşaqların hüquqları və reablitasiyası üzrə səlahiyyətli nümayəndəsi Darya Gerasimçuk məlumat verib.

Bu platforma vasitəsilə valideynlər və hüquq-mühafizə orqanları itkin düşmüş və Rusiyaya qanunsuz deportasiya olunmuş uşaqlar haqqında məlumat əldə edə bilərlər.

Xatırladaq ki, müharibə nəticəsində Ukraynada ölən və ya yaralanan uşaqların sayı artmaqdır. Belə ki, indiyədək uşaqlar arasında 684 yaralanma, 358 ölüm, 197 itkin düşmə faktı qeydə alınıb, azı 5 703 uşaq Rusiyaya qanunsuz deportasiya olunub. D.Gerasimçuk iyulun 28-nə olan məlumata görə, 3 833 uşağın tapıldığını, daha 47 uşağın deportasiyadan geri qaytarıldığını açıqlayıb.



Xəbəri paylaş

1263 dəfə oxunub.

Digər xəbərlər