Bakıda tatarların milli bayramı keçiriləcək
Tarix: 16-06-2023 | Saat: 14:17
Bölmə:Karusel / Gündəm | çapa göndər
1283 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 16-06-2023 | Saat: 14:17
Bölmə:Karusel / Gündəm | çapa göndər

İyunun 18-də Bakıda, Dənizkənarı Milli Parkda Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş tatarların milli bayramı Sabantuy keçiriləcək.
Qarabaqinfo.az xəbər verir ki, festivalda tematik ərazilərlə tanış olmaq mümkün olacaq: “Baursak evi”nin həyətində çay otağı kimi hazırlanmış fotozona təqdim ediləcək. Ziyarətçilər orada tatar şirniyyatları, çay, keramika məhsulları ala və “baursak” adlı desertin dadına baxa bilərlər.
“Milli müdriklik evi”ni ziyarət edənlər tatar ictimai xadimlərinə həsr olunmuş sərgi ekspozisiyası ilə tanış olacaq, həmçinin tematik ustad dərslərində iştirak edə biləcəklər.
Tədbirin proqramına həmçinin xalq sənətkarlığı yarmarkası və müxtəlif müsabiqələr daxildir.
Bayramın əsas səhnəsində isə Tatarıstan və Azərbaycan sənətkarlarının iştirakı ilə konsert keçiriləcək.
Tədbirə giriş pulsuzdur.
Xəbəri paylaş
Digər xəbərlər
8-12-2025, 10:10
Telegram artıq parolsuz giriş sisteminə keçir– Passkey aktiv edildi
15-10-2020, 12:39
Yol polisindən sürücülərə çağırış
14-01-2022, 16:52
Ölkəmiz heç kimdən kömək istəmədi, əksinə, özü donor qismində çıxış etdi - Anar Məmmədov
8-04-2022, 20:22
Ceyhun Bayramov Misirin yeni səfirini qəbul edib
19-02-2021, 14:34
Ərdoğan: "Qarabağ müharibəsi türk dünyasının önəmini göstərdi"
5-12-2021, 08:40
İran vətəndaşı üzündən bıçaqlanıb
30-05-2025, 17:12
Amerikalı senator Stiv Deyns Ermənistanda səfərdədir
7-04-2025, 13:24
Moskvada Çin-Rusiya-İran məsləhətləşmələri keçiriləcək
11-07-2026, 18:46
Prezident Şuşanın Qarabağ küçəsində həyata keçirilmiş işlərlə tanış olub


















