Saytımızı qiymətləndirin


 
 

2026-cı ilədək azad olunmuş ərazilərə köçürüləcək ailələrin sayı AÇIQLANDI
Tarix: 07-06-2023 | Saat: 13:18
Bölmə:Karusel / Sosial / Qarabağ | çapa göndər

2026-cı ilədək azad olunmuş ərazilərə köçürüləcək ailələrin sayı AÇIQLANDI

 

Biz Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən bərpa-quruculuq prosesi haqqında məlumat verdik. Artıq 3 yaşayış məntəqəsinə bizim keçmiş məcburi köçkün soydaşlarımız köçüb, firavan yaşayır.

 

Qarabaginfo.az xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Şuşada jurnalistlərə açıqlamasında deyib.

 

Böyük Qayıdış üzrə Birinci Dövlət Proqramına əsasən, 2026-cı ilin sonuna kimi 34 min 500 ailənin işğaldan azad olunmuş ərazilərə köçürülməsinin hədəfləndiyini deyən E.Hüseynov bildirib: “Bununla bağlı müxtəlif dövlət qurumları arasında, əməkdaşlıq şəraitində bütün məsələlər əlaqələndirmə qərargahı çərçivəsində əlaqələndirilir”.

 

Onun sözlərinə görə, insanlarımızın həsrətində olduqları doğma torpaqlarımıza qayıdışı, həm onların yaşayış şəraiti, həm də işlə təmin olunmaları Prezident İlham Əliyev tərəfindən qarşımıza qoyduğu əsas vəzifədir ki, bunun üzərində işlər davam edir.(modern.az)



Xəbəri paylaş

1149 dəfə oxunub.

Digər xəbərlər