Saytımızı qiymətləndirin


 
 

Tramp sui-qəsddən sonra ilk dəfə açıqlama yayıb –"Çoxlu qan itirmişəm" /FOTO
Tarix: 14-07-2024 | Saat: 09:04
Bölmə:Karusel / Dünya | çapa göndər

Donald Tramp Pensilvaniyada ona qarşı olan sui-qəsddən sonra ilk dəfə açıqlama verib.

Qarabaginfo.az bildirir ki, sabiq prezident “Truth Social” sosial şəbəkəsində sağ qulağından yaralandığını və çoxlu qan itirdiyini bildirib.

Onun sözlərinə görə, atəş açan hücumçu öldürülüb, lakin onun haqqında hələlik məlumat yoxdur.

“Birləşmiş Ştatların Məxfi Xidmətinə və bütün hüquq-mühafizə orqanlarına Pensilvaniya ştatının Butler şəhərində baş verən atışmaya tez reaksiya verdikləri üçün təşəkkür etmək istəyirəm. Ən əsası, mitinqdə həlak olan şəxsin ailəsinə başsağlığı vermək istəyirəm.  Bunun ölkəmizdə baş verməsi inanılmazdır.

Hazırda atəş açan haqqında heç nə məlum deyil. Mənə atılan güllə sağ qulağımın yuxarı hissəsini deşib. Fit səsi, atəş eşitdim və dərhal güllənin dərini qopardığını hiss etdim. Ağır qanaxma başladı və sonra nə baş verdiyini anladım. ALLAH AMERİKANI QORUSUN!”, – Tramp yazıb.



Xəbəri paylaş

178 dəfə oxunub.

Digər xəbərlər