Saytımızı qiymətləndirin


 
 

Hansı ölkələr Zəngəzur dəhlizinin açılmasını İSTƏMİR?
Tarix: 06-06-2023 | Saat: 11:12
Bölmə:Karusel / Region | çapa göndər

Hansı ölkələr Zəngəzur dəhlizinin açılmasını İSTƏMİR?

 

Rusiya və İran Zəngəzur dəhlizində üz-üzə gəlir...

 

Azərbaycan regionun iqtisadi mənzərəsini dəyişdirəcək Zəngəzur dəhlizinin açılması istiqamətində qətiyyətli mövqe nümayiş etdirir. Bakı və İrəvan arasında keçirilən bütün görüşlərdə dəhlizin açılması məsələsi qaldırılsa da, Ermənistan tərəfinin destruktiv mövqe sərgiləməsi layihənin icrasını əngəlləyir. 

 

İqtisadçıların fikrincə, Zəngəzur dəhlizinin açılması Azərbaycandan çox Ermənistan üçün lazımdır. Lakin İrəvan hakimiyyətinin bunu bildiyi halda, dəhlizin açılmasına mane olması ortaya ciddi suallar doğurur. 

 

Buna səbəb nədir? Zəngəzur dəhlizinin açılmasını istəməyən ölkələr hansılardır?


Qarabaginfo.az xəbər verir ki, mövzu ilə bağlı Modern.az-a danışan siyasi şərhçi Yeganə Hacıyeva xatırladıb ki, Zəngəzur dəhlizinin açılması ilə bağlı məsələ 10 noyabr sazişinin 9-cu bəndində öz əksini tapıb. 


"Üçtərəfli bəyanatda Ermənistan ərazisindən istifadə edərək, hər iki tərəfdə keçid nəzərdə tutulur. Bunun biri Ermənistan ərazisindən istifadə etməklə Naxçıvana, digəri isə Türkiyəyə rahat keçiddən ibarətdir. Yolun açılması əsasən Naxçıvan ilə quru əlaqəsinin bərpası üçün lazımdır. Həmçinin, qlobal səviyyədə Azərbaycanın logistik imkanlarının genişlənməsi istiqamətində Zəngəzur dəhlizinin açılması vacibdir. Bu, Azərbaycanın Avropa və Yaxın Şərqə daşımalarına güclü təkan verəcək. Zəngəzur dəhlizinin açılması prinsipal olaraq ölkəmizə Laçın dəhlizində gələcəkdə addımların atılması istiqamətində əsaslar verəcək. Yəni Zəngəzur dəhlizi açılsa, Azərbaycan Laçın dəhlizini tam funksional istifadə edəcək, açılmasa, bunların heç biri olmayacaq",- deyə o bildirib.

 

Fransa və Hindistan dəhlizin açılmasına mane olur...

 

 

Y.Hacıyevanın fikrincə, Zəngəzur dəhlizinin açılmasının ideoloji tərəfi də var. Siyasi şərhçi fikirlərini belə əsaslandırıb:

 

"Qərbi azərbaycanlılar vaxtilə ədalətsiz bir qərar nəticəsində öz dədə-baba torpaqlarından sürgün edilib. Dəhlizin açılmasını mənəvi bərpa istiqamətində atılan addım kimi qəbul etmək olar. Zəngəzur dəhlizinin açılması ən çox Rusiyaya lazımdır. Çünki Rusiyanın öz daxilində olan koridorlar təhlükəli hesab olunur. Məhz buna görə də Rusiya Zəngəzur dəhlizinin açılmasının tərəfdarıdır. Bu yolun açılması İranın logistik maraqlarına da xeyr verən məsələdir. Lakin İran hesab edir ki, Zəngəzur dəhlizinin geopolitik, siyasi tərəfləri onların maraqlarına ziddir. Məhz buna görə də Tehran yolun açılmasına qarşı çıxır. Yəni İran bu yolun gətirə biləcəyi iqtisadi dividentləri geri plana atır. İran fərqindədir ki, Zəngəzur dəhlizinin açılması, Azərbaycanın tarixi torpaqları üzərində yenidən nüfuz qazanmasına gətirib çıxaracaq. Həmçinin Molla rejimi Zəngəzur dəhlizi açıldıqdan sonra daxilində olan azərbaycanlıların haqq və ədalətlərinin bərpasını tələb edəcəyindən çəkinir. Bir də gözlə görünməyən dairələr mövcuddur. Bunlar da iqtisadi lobbi qruplarıdır. Həmin qruplar mövcud kommunikasiyalara alternativ olmasını istəmir. Buna qarşı çıxanlar arasında Fransa, Hindistan kimi ölkələr var".  



Xəbəri paylaş

1110 dəfə oxunub.

Digər xəbərlər