Tarix: 27-08-2021 | Saat: 20:15
Bölmə:Karusel / Multimedia | çapa göndər
"2021-ci ildə Ədliyyə Nazirliyi tərəfindən hazırlanmış yeni hüquqi akt layihələrinin sayı 1500-ü ötüb, 1600-dən artıq akt hüquqi ekspertizadan keçirilib".
Ədliyyə Nazirliyi
Qarabaginfo.az xəbər verir ki, bunu nazirliyin Qanunvericilik baş idarəsinin rəisi Adil Əliyev nazir müavini Azər Cəfərovun sədrliyi ilə keçirilmiş müşavirədə deyib.
O bildirib ki, bu layihələrin böyük əksəriyyətini iqtisadi və sosialyönümlü məsələlər əhatə edib:
"Həmin layihələr hazırlanarkən onların sui-istifadəyə məruz qalmasına dair ekspertizasına, hüquqi-qeyri-müəyyənliklərin aradan qaldırılması və inzibati prosedurların dəqiq müəyyən edilməsi, insan hüquq və azadlıqları əsas meyar kimi rəhbər tutularaq beynəlxalq hüquqi sənədlərə uyğunluğuna xüsusi diqqət yetirilib".
Müşavirədə bildirilib ki, qanunların mətni ilə vətəndaşların birbaşa sərbəst və təmənnasız tanış olmasına kömək məqsədilə cari ildə milli qanunvericiliyin elektron bazalarına 1700-dən çox sənəd daxil edilib və həmin resurslara daxilolmaların sayı 1,1 milyonu ötüb.
Digər xəbərlər