Saytımızı qiymətləndirin


 
 

150-dən çox bağçada müdir yeri boşdur
Tarix: 05-06-2023 | Saat: 13:24
Bölmə:Karusel / Təhsil | çapa göndər

150-dən çox bağçada müdir yeri boşdur

150-dən çox bağçada müdir yeri boşdur.

Qarabaginfo.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev 2022-2023-cü tədris ilinin yekunları, növbəti tədris ili üzrə gözləntilər və digər məsələlərlə bağlı media nümayəndələri ilə keçirilən maarifləndirici görüşdə deyib.

O bildirib ki, bu il ilk dəfə bağça müdirlərinin işə qəbulu mərkəzləşmiş qaydada həyata keçiriləcək:

"Hesab edirik ki, bu yay həmin imtahan keçiriləcək və 200-ə yaxın vakant yer təqdim olunacaq".

Şöbə müdiri qeyd edib ki, bu il məktəbəqədər təhsil müəssisələrində məzmunla bağlı yeni layihə icra olunacaq:

"Yaş qrupları ilə bağlı müəyyən mövzuları əhatə edən material hazırlanıb. Ötən il 2500-ə yaxın müəllim bu istiqamətdə təlimə cəlb edilib. Bu il də 3 000 müəllimin təlimlərə cəlb edilməsini planlaşdırırıq".



Xəbəri paylaş

184 dəfə oxunub.

Digər xəbərlər