Ana Sayfa > Karusel / Təhsil > 150-dən çox bağçada müdir yeri boşdur
150-dən çox bağçada müdir yeri boşdur5-06-2023, 13:24. Yazar: Admin |
150-dən çox bağçada müdir yeri boşdur. Qarabaginfo.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev 2022-2023-cü tədris ilinin yekunları, növbəti tədris ili üzrə gözləntilər və digər məsələlərlə bağlı media nümayəndələri ilə keçirilən maarifləndirici görüşdə deyib. O bildirib ki, bu il ilk dəfə bağça müdirlərinin işə qəbulu mərkəzləşmiş qaydada həyata keçiriləcək: "Hesab edirik ki, bu yay həmin imtahan keçiriləcək və 200-ə yaxın vakant yer təqdim olunacaq". Şöbə müdiri qeyd edib ki, bu il məktəbəqədər təhsil müəssisələrində məzmunla bağlı yeni layihə icra olunacaq: "Yaş qrupları ilə bağlı müəyyən mövzuları əhatə edən material hazırlanıb. Ötən il 2500-ə yaxın müəllim bu istiqamətdə təlimə cəlb edilib. Bu il də 3 000 müəllimin təlimlərə cəlb edilməsini planlaşdırırıq". Geri dön |