Saytımızı qiymətləndirin


 
 

“ABŞ səfərində Sunakın Baydendən mühüm xahişi olacaq”- “The Daily Telegraph” AÇIQLADI
Tarix: 05-06-2023 | Saat: 10:33
Bölmə:Karusel / Siyasət | çapa göndər

Britaniyanın Baş naziri Rişi Sunakın Vaşinqtona gözlənilən səfərinin əsas məqsədlərindən biri açıqlanıb.

Qarabaginfo.az xəbər verir ki, Sunak səfər zamanı ABŞ prezidenti Co Baydeni Britaniyanın müdafiə naziri Ben Uollesin NATO-nun Baş katibi postuna namizədliyini dəstəkləməyə inandırmağa çalışacaq.

Bu barədə “The Daily Telegraph” yazır. Nəşr qeyd edir ki, Sunak Xirosimada keçirilən G7 sammitindən Uolles üçün yeni təyinat ideyasını təbliğ etməyə başlayıb.

“Uolles Birləşmiş Ştatlarda məşhurdur, çünki o, krallığın hərbi xərclərinin ÜDM-in 2,25 faizin qədər artmasına nail olub, həmçinin Ukraynaya dəstək üçün beynəlxalq koalisiyanın yaradılmasında mühüm rol oynayıb”, – “The Daily Telegraph” xatırladır.

O da qeyd olunur ki, Fransa və Almaniya Londonun namizədliyinə qarşı çıxa bilər. Bundan başqa, bəzi NATO üzvləri Şimali Atlantika Alyansının rəhbəri postuna qadının seçilməsini təklif edirlər. Baş katib postuna ən çox ehtimal olunan namizəd Danimarkanın Baş naziri Mette Frederiksendir. Bayden onunla iyunun 5-də Ağ Evdə görüşməlidir.

Sunakın ABŞ-a səfəri iyunun 7-8-nə planlaşdırılıb.



Xəbəri paylaş

165 dəfə oxunub.

Digər xəbərlər