Saytımızı qiymətləndirin


 
 

Sabahın hava PROQNOZU
Tarix: 27-05-2023 | Saat: 13:20
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

 

Sabahın hava PROQNOZU 

Mayın 28-də (Müstəqillik Günü - red.) Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi axşam cənub küləyi ilə əvəz olunacaq.

 

Milli Hidrometeorologiya Xidmətindən Qarabaqinfo.az-a bildirilib ki, havanın temperaturu gecə 16-21° isti, gündüz 26-31° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq.

 

Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi rayonlarda duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu gecə 16-21° isti, gündüz 30-35° isti, dağlarda gecə 8-13° isti, gündüz 13-18° isti olacaq.

 


Xəbəri paylaş

173 dəfə oxunub.

Digər xəbərlər
14-12-2021, 17:03 Peyvənd olunanların SAYI