Saytımızı qiymətləndirin


 
 

Aİ Ukraynaya maliyyə yardımı üçün sərt şərtlər irəli sürüb
Tarix: 03-10-2026 | Saat: 13:35
Bölmə:Karusel / Siyasət | çapa göndər

Aİ Ukraynaya maliyyə yardımı üçün sərt şərtlər irəli sürüb

Brüssel Ukraynanın bu il əlavə maliyyə yardımı almaqla bağlı müraciətini rədd edib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə “Financial Times” məlumat verib.

Məlumata görə, Aİ gələcək maliyyələşmənin davam etdirilməsi üçün Kiyevdən vəd etdiyi islahatları həyata keçirməsini tələb edib.

Ukrayna müdafiə sahəsində əlavə ehtiyaclarını 27 milyard avro qiymətləndirərək Avropa Komissiyasından Aİ-nin ötən ilin sonunda razılaşdırdığı 90 milyard avroluq kredit paketindən vəsaitlərin vaxtından əvvəl ayrılmasını istəyib.

Lakin Brüssel 2027-ci il üçün nəzərdə tutulan vəsaitlərin vaxtından əvvəl verilməsi xahişini rədd edib. Bunun əvəzinə, Kiyevin müəyyən islahatları həyata keçirməsi halında bu il təxminən 34 milyard avro Aİ yardımına çıxış əldə edə biləcəyini bildirib.

Maliyyələşmənin şərtləri arasında kiçik bağlamaların ƏDV-dən azad edilməsinin ləğvi və rəqəmsal platformalar üçün yeni vergitutma qaydalarının tətbiqi də var.



Xəbəri paylaş

9 dəfə oxunub.

Digər xəbərlər