Saytımızı qiymətləndirin


 
 

Əli İnsanov hesabat verdi - 0 manat...
Tarix: 25-05-2023 | Saat: 16:18
Bölmə:Karusel / Siyasət | çapa göndər

 

Əli İnsanov hesabat verdi - 0 manat...

Mərkəzi Seçki Komissiyasına (MSK) 2022-ci il üzrə maliyyə hesabatını verən partiyaların sayı 41-ə çatıb.

 

Qarabaqinfo.az-ın məlumatına görə, daha bir siyasi partiya maliyyə hesabatını təqdim edib.

 

Sabiq səhiyyə naziri Əli İnsanovun rəhbərlik etdiyi Haqq Ədalət Partiyasının hesabatı MSK-ya təqdim olunub. Partiyanın hesabatında heç bir gəlir və xərclərin olmadığı qeyd edilib.

 

2022-ci il üzrə maliyyə hesabatını təqdim edən partiyalar bunlardır:

 

1. Yeni Azərbaycan Partiyası

2. Müstəqil Xalq Partiyası

3. Azərbaycan Təkamül Partiyası

4. “Milli Vəhdət” Partiyası

5. Vətəndaş Həmrəyliyi Partiyası

6. Demokratik İslahatlar Partiyası

7. Azərbaycan Demokratik Maarifçilik Partiyası

8. Böyük Quruluş Partiyası

9. Cümhuriyyət Xalq Partiyası 

10. Klassik Xalq Cəbhəsi Partiyası

11. “Ana Vətən” Partiyası 

12. Azərbaycan Liberal Demokrat Partiyası 

13. Azərbaycan Xalq Partiyası

14. “Qorqud” Partiyası

15. “Ədalət” Partiyası

16. Müsavat Partiyası

17. Milli Cəbhə Partiyası

18. Vətəndaş və İnkişaf Partiyası 

19. "Yeni Yol" Partiyası

20. Milli Dirçəliş Hərəkatı Partiyası 

21. Yeni Zaman Partiyası 

22. Müasir Musavat Partiyası

23. Milli Həmrəylik Partiyası

24. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası

25. Azərbaycan Milli İstiqlal Partiyası

26. “Birlik” Partiyası

27. Azərbaycan Demokrat Partiyası

28. Azərbaycan Ümid Partiyası

29. Ağ Partiyası

30. Azad Vətən Partiyası

31. Vəhdət Partiyası

32. Böyük Azərbaycan Partiyası

33. Azərbaycan Sosial Demokrat Partiyası

34. Azərbaycan Sosial Rifah Partiyası

35. Respublikaçı Alternativ (REAL) Partiyası

36. Azərbaycan Xalq Cəbhəsi Partiyası

37. Vətəndaş Birliyi Partiyası

38. Gələcək Azərbaycan Partiyası (GAP)

39. Azərbaycan Naminə Alyans Partiyası (ANAP)

40. Azad Demokratlar Partiyası

41. Haqq Ədalət Partiyası

 

Ümumilikdə Azərbaycanda ötən il dövlət qeydiyyatına alınmış 59 siyasi partiya olub ki, onlardan 41-ı bu günədək MSK-ya maliyyə hesabatı verib. 

 

Xatırladaq ki, Azərbaycandakı siyasi partiyalardan 22-si bu il fəaliyyətini dayandırmaq qərarına gəlib. Onu da bildirək ki, siyasi partiyalar qanunvericiliyə uyğun olaraq, yanvarın 1-dən aprelin 1-dək MSK-ya hesabat verməlidirlər. 



Xəbəri paylaş

168 dəfə oxunub.

Digər xəbərlər