Ana Sayfa > Karusel / Siyasət > Əli İnsanov hesabat verdi - 0 manat...
Əli İnsanov hesabat verdi - 0 manat...25-05-2023, 16:18. Yazar: Admin |
Mərkəzi Seçki Komissiyasına (MSK) 2022-ci il üzrə maliyyə hesabatını verən partiyaların sayı 41-ə çatıb.
Qarabaqinfo.az-ın məlumatına görə, daha bir siyasi partiya maliyyə hesabatını təqdim edib.
Sabiq səhiyyə naziri Əli İnsanovun rəhbərlik etdiyi Haqq Ədalət Partiyasının hesabatı MSK-ya təqdim olunub. Partiyanın hesabatında heç bir gəlir və xərclərin olmadığı qeyd edilib.
2022-ci il üzrə maliyyə hesabatını təqdim edən partiyalar bunlardır:
1. Yeni Azərbaycan Partiyası 2. Müstəqil Xalq Partiyası 3. Azərbaycan Təkamül Partiyası 4. “Milli Vəhdət” Partiyası 5. Vətəndaş Həmrəyliyi Partiyası 6. Demokratik İslahatlar Partiyası 7. Azərbaycan Demokratik Maarifçilik Partiyası 8. Böyük Quruluş Partiyası 9. Cümhuriyyət Xalq Partiyası 10. Klassik Xalq Cəbhəsi Partiyası 11. “Ana Vətən” Partiyası 12. Azərbaycan Liberal Demokrat Partiyası 13. Azərbaycan Xalq Partiyası 14. “Qorqud” Partiyası 15. “Ədalət” Partiyası 16. Müsavat Partiyası 17. Milli Cəbhə Partiyası 18. Vətəndaş və İnkişaf Partiyası 19. "Yeni Yol" Partiyası 20. Milli Dirçəliş Hərəkatı Partiyası 21. Yeni Zaman Partiyası 22. Müasir Musavat Partiyası 23. Milli Həmrəylik Partiyası 24. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası 25. Azərbaycan Milli İstiqlal Partiyası 26. “Birlik” Partiyası 27. Azərbaycan Demokrat Partiyası 28. Azərbaycan Ümid Partiyası 29. Ağ Partiyası 30. Azad Vətən Partiyası 31. Vəhdət Partiyası 32. Böyük Azərbaycan Partiyası 33. Azərbaycan Sosial Demokrat Partiyası 34. Azərbaycan Sosial Rifah Partiyası 35. Respublikaçı Alternativ (REAL) Partiyası 36. Azərbaycan Xalq Cəbhəsi Partiyası 37. Vətəndaş Birliyi Partiyası 38. Gələcək Azərbaycan Partiyası (GAP) 39. Azərbaycan Naminə Alyans Partiyası (ANAP) 40. Azad Demokratlar Partiyası 41. Haqq Ədalət Partiyası
Ümumilikdə Azərbaycanda ötən il dövlət qeydiyyatına alınmış 59 siyasi partiya olub ki, onlardan 41-ı bu günədək MSK-ya maliyyə hesabatı verib.
Xatırladaq ki, Azərbaycandakı siyasi partiyalardan 22-si bu il fəaliyyətini dayandırmaq qərarına gəlib. Onu da bildirək ki, siyasi partiyalar qanunvericiliyə uyğun olaraq, yanvarın 1-dən aprelin 1-dək MSK-ya hesabat verməlidirlər. Geri dön |