Saytımızı qiymətləndirin


 
 

Ukrayna Rusiyanın Voronej və Belqorod şəhərlərinə PUA zərbələri endirib
Tarix: 16-01-2024 | Saat: 10:16
Bölmə:Karusel / Region | çapa göndər

Voronej üzərində səmada Ukraynanın 3 PUA-sı vurulub.

Qarabaginfo.az bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Dronlarla döyüş yanvarın 16-da saat 01:50-dən 02:50-dək aparılıb. PUA-lardan biri yaşayış binasının üstünə düşüb, bir qız yaralanıb, qonşu binalara da ziyan dəyib.

Şəhərdə fövqəladə vəziyyət rejimi tətbiq edilib.

Voronej vilayətinin qubernatoru Aleksandr Qusev öz Teleqram kanalında bildirib ki, 2013-cü il təvəllüdlü qız yaralanıb – onun ayağında, qolunda və boynunda kəsilmiş yaralar olub. Voronej meri Vadim Kstenin əlavə edib ki, PUA-ların düşdüyü evin sakinləri təxliyə edilib və müvəqqəti olaraq yaxınlıqdakı məktəbə yerləşdirilib.

Bundan əlavə, gecə saatlarında hava hücumundan müdafiə sistemləri Voronej vilayəti üzərində Ukraynanın 5 pilotsuz təyyarəsini məhv edib və 3 PUA-nı ələ keçirib. Daha dörd PUA  Belqorod vilayəti üzərində ələ keçirilib.



Xəbəri paylaş

164 dəfə oxunub.

Digər xəbərlər