Saytımızı qiymətləndirin


 
 

Baxmutun tutulması əks-hücuma necə təsir edəcək?
Tarix: 22-05-2023 | Saat: 10:14
Bölmə:Karusel / Region | çapa göndər

Baxmutun tutulması əks-hücuma necə təsir edəcək?

 

"Vaqner" muzdluları ehtimal ki, Baxmutun qərb inzibati sərhədlərini ələ keçiriblər".

 

Qarabaginfo.az xəbər verir ki, bu, ABŞ-da fəaliyyət göstərən Müharibə Araşdırmaları İnstitutunun (ISW) hesabatında yazılıb.

 

Ekspertlərin fikrincə, Ukraynanın şəhərin kiçik hissəsinə nəzarət edilməsi iddiaları Rusiya qüvvələrinin bütün Baxmutu olmasa da, şəhərin qərb və şimal-qərb hissəsini nəzarətə götürdüyünün etirafıdır.

 

Mayın 21-də yayılan geolokasiya görüntülərində "Vaqner" qüvvələrinin Baxmutun ən qərb hissəsindəki yaşayış binası üzərində Rusiya və "Vaqner" bayraqlarını qaldırdıqları görünür.

 

Eyni zamanda, şəhərin tutulması Ukraynanın Baxmutun şimalında və ya cənubunda əks-hücumlarına təsir etməyəcək. Həmçinin bu, Ukraynanın şəhər ətrafındakı kommunikasiya xətlərinə nəzarətinə təsir etmir.

 

Xatırladaq ki, Ukrayna komandanlığı qoşunlarının Baxmutdan çıxarılmasını təkzib edir.(modern.az)



Xəbəri paylaş

1102 dəfə oxunub.

Digər xəbərlər