Ana Sayfa > Karusel / Region > Baxmutun tutulması əks-hücuma necə təsir edəcək?
Baxmutun tutulması əks-hücuma necə təsir edəcək?22-05-2023, 10:14. Yazar: Admin |
"Vaqner" muzdluları ehtimal ki, Baxmutun qərb inzibati sərhədlərini ələ keçiriblər".
Qarabaginfo.az xəbər verir ki, bu, ABŞ-da fəaliyyət göstərən Müharibə Araşdırmaları İnstitutunun (ISW) hesabatında yazılıb.
Ekspertlərin fikrincə, Ukraynanın şəhərin kiçik hissəsinə nəzarət edilməsi iddiaları Rusiya qüvvələrinin bütün Baxmutu olmasa da, şəhərin qərb və şimal-qərb hissəsini nəzarətə götürdüyünün etirafıdır.
Mayın 21-də yayılan geolokasiya görüntülərində "Vaqner" qüvvələrinin Baxmutun ən qərb hissəsindəki yaşayış binası üzərində Rusiya və "Vaqner" bayraqlarını qaldırdıqları görünür.
Eyni zamanda, şəhərin tutulması Ukraynanın Baxmutun şimalında və ya cənubunda əks-hücumlarına təsir etməyəcək. Həmçinin bu, Ukraynanın şəhər ətrafındakı kommunikasiya xətlərinə nəzarətinə təsir etmir.
Xatırladaq ki, Ukrayna komandanlığı qoşunlarının Baxmutdan çıxarılmasını təkzib edir.(modern.az) Geri dön |