Saytımızı qiymətləndirin


 
 

KİV: ABŞ Rusiya-Ukrayna münaqişəsinin dondurulmasına dair planlar qurur
Tarix: 18-05-2023 | Saat: 21:17
Bölmə:Karusel / Dünya | çapa göndər

KİV: ABŞ Rusiya-Ukrayna münaqişəsinin dondurulmasına dair planlar qurur

Ağ Ev Ukrayna münaqişəsinin Koreya yarımadasındakına bənzər uzunmüddətli dondurulmuş münaqişələrin sırasına qoşulması versiyasını nəzərdən keçirir.

Qarabaginfo.az xəbər verir ki, bu barədə “Politico”ya ABŞ rəsmisi bildirib. Mənbənin sözlərinə görə, Bayden administrasiyası da daxil olmaqla ABŞ-ın müxtəlif qurumları Rusiya-Ukrayna münaqişəsinin dondurulmuş münaqişəyə çevrilmək ehtimalının artması ilə əlaqədar planlar qurur.

Bildirilib ki, Bayden administrasiyasında da nəzərdən keçirilmiş versiyalara Ukrayna ilə Rusiya arasında keçilməməsinə razılaşdırılmış potensial sərhədlərin yaradılması, lakin bunun rəsmi sərhədlər kimi tanınmaması da daxildir. Məsələ ilə bağlı müzakirələrin ABŞ-ın müxtəlif qurumlarında aparıldığı bildirilib. Qeyd olunub ki, bu ssenari uzun müddətdə nə Kiyevin, nə də Moskvanın qalib və ya məğlub kimi görünməyəcəyi halda real görünür.

Əlavə olunub ki, Ukraynanın gözlənilən əks-hücumunun Rusiyaya ölümcül zərbə vuracağı da ehtimal edilmir.

“Biz uzunmüddətli, dondurulmuş kimi görünən və ya dondurulmuş (münaqişə) üçün planlar qururuq”, - deyə Bayden administrasiyasında aparılan danışıqlardan xəbərdar rəsmi bildirib.

“Politico”ya açıqlama verən daha iki ABŞ rəsmisi də ABŞ-ın münaqişənin dondurulması ehtimalına hazırlaşdığını təsdiqləyib.

Bununla belə, bu istiqamətdə aparılan müzakirələrin hələ ilkin mərhələdə olduğu, müharibənin qaynar mərhələsinin hələ bir müddət davam edəcəyi bildirilib.



Xəbəri paylaş

1108 dəfə oxunub.

Digər xəbərlər