Saytımızı qiymətləndirin


 
 

Moskvada Qələbə Paradı keçirilir- Putin "əsl  müharibə ilə üz-üzəyik" dedi (VİDEO)
Tarix: 09-05-2023 | Saat: 11:49
Bölmə:Karusel / Region | çapa göndər

Rusiya prezidenti Vladimir Putin rusları Qələbə günü münasibətilə təbrik edib. O, Böyük Vətən Müharibəsində Qələbənin 78-ci ildönümü şərəfinə keçirilən paradda çıxış edərək, Rusiyaya qarşı əsl  müharibənin başladıldığını bildirib.

Qarabaginfo.az xəbər verir ki, Putin hesab edir ki, Rusiya indiki çətin şərtlərə baxmayaraq, öz təhlükəsizliyini təmin edəcək.

“Bu gün sivilizasiya yenidən həlledici dönüş nöqtəsindədir. Vətənimizə qarşı növbəti dəfə əsl müharibə başladılıb, lakin biz beynəlxalq terrorizmi dəf etdik, Donbas sakinlərini də qoruyacağıq, təhlükəsizliyimizi təmin edəcəyik”, – Rusiya lideri bildirib. .

Putin əlavə edib ki, Rusiya gələcəyi dinc, azad və sabit görmək istəyir və istənilən üstünlük ideologiyası ikrah doğurucu və ölümcüldür.

Rusiya prezidenti onu da deyib ki, ümumi qələbəyə SSRİ-nin bütün xalqları öz töhfələrini veriblər. “Biz bunu həmişə xatırlayacağıq”, – deyən Putin MDB ölkələrinin liderlərinin Qələbə Paradına Moskvaya gəlməsinin vacibliyini qeyd edib.

 



Xəbəri paylaş

198 dəfə oxunub.

Digər xəbərlər