Saytımızı qiymətləndirin


 
 

Bayden Putinlə görüşə hazır olduğunu bildirib
Tarix: 16-06-2021 | Saat: 07:34
Bölmə:Karusel / Siyasət / Dünya | çapa göndər

 

Bayden Putinlə görüşə hazır olduğunu bildirib
Cozef Bayden

ABŞ prezidenti Co Bayden bildirib ki, rusiyalı həmkarı Vladimir Putinlə qarşıdakı görüşə hazırdır.

Bu barədə Qarabaginfo.az xarici mətbuata istinadən xəbər verir.

Bayden Putinlə birinci görüşünün keçiriləcəyi Cenevrəyə gəlib. O, əvvəlcə İsveçrə prezidenti Gi Parmelenlə danışıqlar aparıb. Ağ Ev rəhbəri bu ölkənin rəhbərliyinə diplomatiya və danışıqlar üçün neytral ərazi verdiyinə görə təşəkkürünü bildirib. Dövlət başçılarının görüşündə həmçinin koronavirus, peyvəndin bölgüsü müzakirə edilib.

Bayden jurnalistlərin bugünkü görüşə hazır olması barədə suala "mən həmişə hazıram", - cavabını verib.

Qeyd edək ki, ABŞ və Rusiya prezidentləri bu gün qarşılıqlı fəaliyyət məsələsini müzakirə etmək üçün ilk ikitərəfli sammit keçirəcəklər. Danışıqların nəticəsi olaraq hər hansı sənəd imzalanmayacaq. (Report)



Xəbəri paylaş

1289 dəfə oxunub.

Digər xəbərlər