Saytımızı qiymətləndirin


 
 

Kremllə yox, Qərblə münasibətlər prioritet olacaq - Kılıçdaroğlu
Tarix: 04-05-2023 | Saat: 18:11
Bölmə:Karusel / Siyasət | çapa göndər

Kremllə yox, Qərblə münasibətlər prioritet olacaq - Kılıçdaroğlu

 

Türkiyədə əsas müxalifət qüvvələrinin birləşdiyi "Millət İttifaqı"nın prezidentliyə vahid namizədi, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kemal Kılıçdaroğlu seçiləcəyi təqdirdə xarici siyasətlə bağlı prioritetini açıqlayıb.

 

Qarabaginfo.az xəbər verir ki, Kılıçdaroğlu BBC-yə müsahibəsində bu barədə danışıb.

 

"Xarici siyasətdə Türkiyənin yönünü yenidən müəyyənləşdirəcəyik. Kremllə yox, Qərblə münasibətləri prioritet halına gətirəcəyik. Sivil dünyanın bir parçası olmaq istəyirik", - deyə o qeyd edib.

 

Xatırladaq ki, 14 mayda Türkiyədə keçiriləcək prezident seçkilərində 4 nəfərin namizədliyi qeydə alınıb. Bunlar hazırkı prezident, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədri, "Cümhur İttifaqı"nın vahid namizədi Rəcəb Tayyib Ərdoğan, əsas müxalifət qüvvələrinin birləşdiyi "Millət İttifaqı"nın vahid namizədi, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kemal Kılıçdaroğlu, CHP-dən qopmuş Məmləkət Partiyasının sədri və namizədi Muharrem İnce və ultra-sağçı qüvvələrin konsolidasiya olunduğu "ATA İttifaqı"nın irəli sürdüyü namizəd Sinan Oğandır.



Xəbəri paylaş

1107 dəfə oxunub.

Digər xəbərlər