Saytımızı qiymətləndirin


 
 

Kremlə hücum əmri ABŞ-da verilib - Peskov
Tarix: 04-05-2023 | Saat: 16:39
Bölmə:Karusel / Region | çapa göndər

Kremlə hücum əmri ABŞ-da verilib - Peskov

Kremlə pilotsuz təyyarələrlə zərbə endirmək qərarı Kiyevdə deyil, Vaşinqtonda qəbul edilib.

Qarabaginfo.az "Interfax"a istinadla xəbər verir ki, bunu Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

O deyib: "Həm Kiyevdə, həm də Vaşinqtonda bunu inkar etmək üçün bu cür cəhdlər, əlbəttə, tamamilə gülüncdür. Çox yaxşı bilirik ki, bu cür aksiyalar və terror aktları ilə bağlı qərar Kiyevdə deyil, Vaşinqtonda verilir. Kiyev isə artıq onların dediyini icra edirlər.

Bilirik ki, çox vaxt hətta məqsədləri də Kiyev müəyyən etmir, onlar Vaşinqtonda müəyyən edilir və sonra bu məqsədlər Kiyevə çatdırılır ki, Kiyev onları yerinə yetirsin. Hər dəfə də Kiyevə vasitə seçimi hüququ verilir".

Peskov əlavə edib: "Vaşinqton aydın şəkildə başa düşməlidir ki, biz bunu bilirik. Bu, bizdə olan məlumatlardır, bizim xüsusi xidmət orqanlarımızın əldə etdiyi məlumatlardır. Vaşinqton bunu bildiyimizi və münaqişədə birbaşa iştirakın nə qədər təhlükəli olduğunu başa düşür”.



Xəbəri paylaş

1113 dəfə oxunub.

Digər xəbərlər