Saytımızı qiymətləndirin


 
 

İtaliya mətbuatında Prezident İlham Əliyevin “CNN Türk” kanalına müsahibəsi geniş şəkildə işıqlandırılıb
Tarix: 19-08-2021 | Saat: 08:16
Bölmə:Karusel / Siyasət | çapa göndər

 

İtaliya mətbuatında Prezident İlham Əliyevin “CNN Türk” kanalına müsahibəsi geniş şəkildə işıqlandırılıb

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “CNN Türk” televiziya kanalına müsahibəsi İtaliyanın “Kmetro0”, “Eurasianews” və “Agenzia Nova” kimi kütləvi informasiya vasitələri tərəfindən geniş şəkildə işıqlandırılıb.

Azərbaycan Respublikasının İtaliya Respublikasındakı Səfirliyindən Qarabaginfo,az-a verilən məlumata görə, “Prezident İlham Əliyev: Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazırdırsa, bölgəyə sülh gələcək” sərlövhəli yazılarda qeyd olunur ki, “CNN Türk”-ə müsahibəsində Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünün bərpası və Ermənistanın hərbi işğalına son qoyulması üçün görülmüş tədbirlərdən, İkinci Qarabağ müharibəsi və onun nəticələrindən, müharibədən sonra bölgədəki vəziyyətdən, bölgədə uzunmüddətli sülhün təmin edilməsi və buna nail olmaq üçün atılacaq addımlardan bəhs edib.



Xəbəri paylaş

1708 dəfə oxunub.

Digər xəbərlər