Saytımızı qiymətləndirin


 
 

Azərbaycanda donor bankı yaradılıb, transplantasiya həyata keçirəcək mütəxəssislər hazırlanır
Tarix: 19-05-2022 | Saat: 16:29
Bölmə:Karusel / Səhiyyə | çapa göndər

Milli Meclis

Qarabaginfo.az xəbər verir ki, toplantı iştirakçılarına komitənin sədri Əhliman Əmiraslanov məlumat verib.

Komitə sədri bildirib ki, gündəliyə 4 məsələ daxil edilib. Birinci oxunuşda müzakirəyə çıxarılan 3 məsələ - “Əhalinin sağlamlığının qorunması haqqında”, “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında”, “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında”, “İnsan alverinə qarşı mübarizə haqqında” və “Reklam haqqında” qanunlara dəyişiklik edilməsi barədə, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında”, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihələri 20 oktyabr 2020-ci il tarixli “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Qanuna uyğunlaşdırma xarakteri daşıyır.

Əhliman Əmiraslanov qeyd edib ki, “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Qanun komitə tərəfindən hazırlanıb və Prezident İlham Əliyev tərəfindən təsdiq olunub. Sənədin işləməsi üçün Nazirlər Kabinetinin Sərəncamı var. O, bildirib ki, artıq donor bankı yaradılıb, ölkədə orqan və transplantasiya həyata keçirəcək klinikaların adları təsdiq olunub, mütəxəssislərin hazırlığına başlanılıb. Komitə sədri bildirib ki, donor sahəsində Türkiyə ilə əməkdaşlıq nəzərdə tutulub.

Sonra qanun layihələrini təqdim edən Milli Məclis Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin İnzibati qanunvericilik sektorunun müdiri Kamalə Paşayeva bildirib ki, 20 oktyabr 2020-ci il tarixdə Səhiyyə komitəsinin önəmli qanunlarından olan “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Azərbaycan Respublikasının Qanunu (bundan sonra Əsas qanun) qəbul edilib. Həmin Qanunun tətbiqi barədə ölkə Prezidenti tərəfindən imzalanmış fərmanda normativ hüquqi aktların Əsas Qanuna uyğunlaşdırılması barədə tapşırıq verilib.

Kamalə Paşayeva vurğulayıb ki, gündəlikdə olan məsələlərdən “Əhalinin sağlamlığının qorunması haqqında” qanunla başlayan və digər qanunlara da dəyişikliyi nəzərdə tutan layihə tamamilə uyğunlaşdırma xarakteri daşıyır.

Belə ki, qanun layihəsinin 39-cu maddəsinə “həkim konsiliumu” sözlərinin əlavə edilməsi Əsas Qanunda beyin ölümünün baş verməsi barədə məhz həkim konsiliumunun qərarı olmasından irəli gəlir və ona uyğunlaşdırılır. 40-cı maddədə isə transplantasiya məqsədi ilə insan orqan və (və ya) toxumalarının götürülməsi maddəsinin məzmunu tamamilə Əsas qanuna göndərici norma olaraq istinad edərək bu sahədə münasibətlərin tənzimlənməsini müəyyən edir.

Sonra iclasda Kəmalə Paşayeva gündəlikdə olan digər 2 layihə - Azərbaycan Respublikasının Cinayət və İnzibati Xətalar məcəllələrinə təklif edilən dəyişikliklər barədə məlumat verib. Bildirib ki, “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Qanunun 34-cü maddəsi bu Qanunun pozulmasına görə məsuliyyəti nəzərdə tutur. Təqdim edilən dəyişikliklər də bu sahədə törədilən əməllərin ictimai təhlükəliliyinə uyğun olaraq, 2 növ məsuliyyət nəzərdə tutur. Konkret olaraq hansı əməllərin cinayət, hansılarının inzibati xəta kimi müəyyən edilməsi layihələrdən görünür. O, qeyd edib ki, AR Konstitusiyasının 149-cu maddəsinin 7-ci bəndinə uyğun olaraq, ağırlaşdırıcı hallarda Qanunun geriyə qüvvəsi şamil olunmur. Ona görə də digər layihədən fərqli olaraq məsuliyyət növlərinin hüquqi əsasları yalnız bu qanunların dərc olunduğu gündən sonra qüvvəyə minəcək.

Qanun layihələrinin müzakirəsində Səhiyyə komitəsinin üzvləri Müşfiq Məmmədli, İlham Məmmədov, Sədaqət Vəliyeva və Məlahət İbrahimqızı orqan və toxumaların transplantasiyasının, donorluğun aktuallığından danışıblar, sənədlərlə bağlı fikirlərini bildiriblər.

İclasda iştirak edən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov Cinayət və İnzibati Xətalar məcəllələrinə təklif olunan dəyişikliklərə aydınlıq gətirib.

Sonra hər üç qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.

Daha sonra Əhliman Əmiraslanov iclasda üçüncü oxunuşda olan “Əhalinin sağlamlığının qorunması haqqında”, “Özəl tibb fəaliyyəti haqqında”, “Lotereyalar haqqında” və “Bədən tərbiyəsi və idman haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi barədə məlumat verib. O, bildirib ki, sənəd "Nağdsız hesablaşmalar haqqında" Qanuna uyğunlaşdırmanın həyata keçirilməsini təmin etmək üçün hazırlanıb. Qeyd edilib ki, layihəyə komitədə və plenar iclasda iki oxunuşda baxılıb və qəbul olunub.

Müzakirələrin sonunda deputatlar qanun layihəsini üçüncü oxunuşda plenar iclasının müzakirəsinə tövsiyə ediblər. İclasda deputatlar Kamaləddin Qafarov, Kamilə Əliyeva, Soltan Məmmədov və digər rəsmi şəxslər iştirak ediblər.(Report)



Xəbəri paylaş

1249 dəfə oxunub.

Digər xəbərlər