Ermənistanın təslimçilik bəyanatına imza atmasından, Rusiya Federasiyasının bu təslimçilik prosesinin icrası ilə bağlı məsələlərə dair öz üzərinə öhdəlik götürməsindən 1 (bir) il keçdi.
Bu 1 ildə Rusiya tərəfindən bəyanatdan irəli gələn hansı addımlar atıldı və ya rus əsgərinin erməni xilaskarlığı:
1. Rusiya hərbi kontingenti sülhməramlı adı altında Qarabağ və Zəngəzur bölgəsinə soxulub;
2. 10 noyabr 2020-ci il bəyanatından irəli gələn öhdəliklərin yalnız 20 faizi icra olunub;
3. Əsas tələb – Qarabağ və Şərqi Zəngəzur bölgəsində dislokasiya olunan erməni silahlı – hərbi birləşmələri ərazidən çıxarılmayb;
4. Rusiya “sülhməramlı”larının postlarındakı silahlar Azərbaycan Ordusunun mövqelərinə tərəf yönəlib;
5. Rus əsgəri son 200 ildə olduğu kimi Qarabağdakı ermənilərə ana nəvazişi nümayiş etdirir;
6. 1988-ci ildə bu günə kimi erməni separatçılarını (cinayətkarlarını) – Balasanıyanları, Saakyanları, Arutunyanları və digərlərini mühafizə edir. Onların qondarma yerli idarəetmə prosesinə dəstək olur;
7. Azərbaycan hərbçilərinə qarşı terror aktlarının baş verməsinə dolayısı ilə və ya birbaşa təkan verir. Bunun nəticəsində isə müharibədən sonra ötən 1 il ərzində Azərbaycan Ordusunun hərbçiləri və azərbaycanlı mülki şəxslər öldürülür;
Ermənistan ötən 1 il ərzində təslim olan tərəf kimi nə etdi və ya etmədi:
1. Müharibədən sonra Ağdam, Kəlbəcər və Laçın Azərbaycana təhvil verildi;
2. Minalanmış ərazilərin xəritəsinin verilməsi üzərindən Ermənistan siyasi manipulyasiya ilə məşğuldur;
3. Ermənistan Müdafiə Nazirliyinin 1-ci Əlahiddə Ordusunun bölmələri hələ də Qarabağda saxlanılb;
4. Rusiyanın “ana qucağı”na sığınaraq, bölgədəki hərbi bölmələrini yenidən komplektləşdirir, İrəvandan bir-birinin ardınca yüksək çinli hərbçilər ərazidə kəşfiyyat-təhlil aparmaqla məşğul olur.
Ötən 1 ilə və son günlər Qarabağda baş verənlərə qismən toxunmaqla onu bildirmək istəyirəm ki, Rusiya bütün mümkün vasitələrdən istifadə edərək, ermənilərin, dolayısı ilə Ermənistanın bizim ərazidə – Qarabağda yenidən güclənməsinin tərəfdarı rolunda gedir. Əgər belə olmasaydı Ermənistanın işğal faktının qarşısının alınması üçün Rusiya üzərinə götürdüyü icra edərdi. Azərbaycan ərazisində – Qarabağda Ermənistan Müdafiə Nazirliyinə tabe hərbi birləşmənin yerləşməsi faktını aradan qaldırardı. Ermənistan müdafiə naziri Karapetiyanın Qarabağa gəlməsi, Rusiya tərəfinin isə susqunluğu fikirlərimin sübutudur.
Əvəzində isə mülki geyimli erməni hərbçilərinin təxribatlarının zərərsizləşdirilməsini böyük cinayət hadisəsi kimi təqdim edərək, Azərbaycanı işğalçı – təxribatçı kimi təqdim etməyə çalışırlar. Artıq ABŞ dövlət Departamenti də erməni sevdasından irəli gələrək açıqlama verib. Azərbaycanı yenidən ATƏT-in Minsk Qrupu çərçivəsində mövcud olan danışıqlar masasına əyləşdirmək istəyirlər. Burada yeganə yol, dövlətimizin Azərbaycan xalqına güvənərək, radikal addımlar atmasıdır. Bölgədə sülh və sabitliyin yolu yalnız ermənisiz Qarabağdan keçir.
Ramil Məmmədli,
hərbi-siyasi icmalçı