Saytımızı qiymətləndirin


 
 

Paşinyanın oğlunun oğurlanmasına cəhdin GÖRÜNTÜSÜ
Tarix: 17-05-2023 | Saat: 20:08
Bölmə:Karusel / Region | çapa göndər

 Paşinyanın oğlunun oğurlanmasına cəhdin GÖRÜNTÜSÜ

Ermənistanın Baş nazir Nikol Paşinyanın oğlu Aşot Paşinyanın oğurlanmasına cəhdin görüntüsü yayılıb.

Qarabaginfo.az xəbər verir ki, videodan Aşot Paşinyanın avtomobildən özünü atdığı görünür.

Artıq Ermənistan İstintaq Komitəsi Nikol Paşinyanın oğlunun oğurlanmasına cəhdlə bağlı (adam oğurluğu maddəsi) cinayət işi açıb.

Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyanın oğlu Aşot Paşinyanın oğurlanmasına cəhd edilib. Hadisə bu gün saat 15:00 radələrində qeydə alınıb. "Oğulların harayı" adlı ictimai təşkilatın nümayəndələri Aşot Paşinyanı zorla maşınlarına mindiriblər, amma avtomobilin yolda bir anlıq dayanmasından istifadə edən Aşot Paşinyan maşından düşüb qaçıb, bu zaman isə "Oğulların harayı" təşkilatının arxadan gələn digər avtomobili onu vurub. Ayağından yaralanan Aşot Paşinyan faktla bağlı polisə müraciət edib. Təşkilat üzvləri qaçıb, onların axtarışı aparılır. Hadisə onun yaşadığı evin qarşısında qeydə alınıb.



Xəbəri paylaş

188 dəfə oxunub.

Digər xəbərlər